26.04.2024 – cü il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin
Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri tərəfindən Sumqayıt Dövlət
Universitetinin bir qrup müəllim və tələbələrinə İlk Yardım seminarı keçirilib.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqının Komitə sədri Nemət
İbayev iştirakçıları salamlayaraq, çıxış üçün sözü AzQAC Sumqayıt Regional Mərkəzin
Koordinatoru Mətanət Məhərrəmova verib.
Mətanət Məhərrəmova da öz növbəsində İlk Yardım mövzusunun
vacibliyi barəsində danışıb. O, öz çıxışında məqsədimizin gəncləri ilk yardım,
şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma istiqamətində maarifləndirməkdən
ibarət olduğunu qeyd edib.
Daha sonra FMKD üzvləri tərəfindən ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma və sınıqlar mövzusu nəzəri və praktiki nümayiş olunub. Seminarda gənclərin mövzu ilə bağlı fikirləri dinlənilərək sualları cavablandırılıb.