Arəstə Baxışovanın xatirəsi anıldı

Əsas səhifə / XƏBƏRLƏR / Arəstə Baxışovanın xatirəsi anıldı
 The staff members of the Azerbaijan Red Crescent Society honoured the memory of Aresta Bakhishova

4 may 2-ci Qarabağ müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirərkən yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyyə edilməsində fəallıq göstərmiş və öz vəzifə borcunu yetirərkən həlak  olmuşdur.

2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimində  “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə A.Baxışova  bu medala layiq görülüb. “Florence Nightingale” medalı silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanlığın sağlamlığına, həmçinin, tibb sahəsində qabaqcıl xidmət edən insanlara verilir.

2024-cü il may ayının 3-ü AzQAC-nin əməkdaşları Arəstə Baxışovanın Şəhidlər Xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üstünə gül çələngi qoymuşlar.