AzQAC-ın Qaradağ rayon bölməsində hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Qaradağ rayon bölməsində hesabat-seçki konfransı keçirilib
 The Garadagh district branch of the Azerbaijan Red Crescent Society held a reporting-election conference

21 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse prezidenti Qafar Əsgərzadə, İdarə rəisi-Vitse-prezident Əziz Qocayev, AzQAC-ın Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova, ayrı-ayrı idarə və təşkilatların ilk təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


AzQAC-ın Qaradağ rayon bölməsinin sədri  Niyaz Eyvazov 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Niyaz Eyvazov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl  Aypara  Cəmiyyəti Qaradağ rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.


Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb və Niyaz Eyvazov yenidən növbəti 3 il üçün sədr seçilib. Hesabatdan sonra ağacəkmə aksiyası baş tutub.