AzQAC-ın Quba rayon bölməsində hesabat-seçki konfransı keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Quba rayon bölməsində hesabat-seçki konfransı keçirilib
20 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Quba rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə Azəbaycan Qızıl Aypara Cəmiyyətininin Vitse prezidenti Qafar Əsgərzade, İdarə rəisi-Vitse-prezident
Əziz Qocayev, AzQAC-ın Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova,
ayrı-ayrı idarə və təşkilatların ilk təşkilatlarından seçilmiş nümayəndələr
iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzQAC-ın Quba rayon bölməsinin sədri
Hüseyn İlyas 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının
hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim
olunub. Hüseyn İlyas çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən
danışıb.
Daha sonra natiqlər son illər ərzində
görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Quba
rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında təşkilati
məsələlərə baxılıb və Hüseyn İlyas yenidən növbəti 3 il üçün sədr seçilib.