Pirallahı Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin məsul əməkdaşlarının nəzarəti altında 16-17 iyun 2024-cü il tarixlərində
AzQAC-ın Pirallahı rayon bölməsində ailələrə bayramla əlaqəli sovqatlar
paylanılıb.
AQTA tərəfindən
verilmiş müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi RİH tərəfindən
gətirilmiş və Pirallahı qəsəbəsində quraşdırılıb. 20-dən çox iri və
xırdabuynuzlu heyvanlar kəsilərək qablaşdırılıb, ümumilikdə 400 kq-dan çox ət şəhid
ailələrinə, qazilərə, müharibə iştirakçılarına, ahıllara və aztəminatlı ailələrə
paylanılıb.
Bununla yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 10 şəhid ailəsinə ərzaq sovqatı təqdim olunub. Bu humanitar aksiyada RİH ilə yanaşı müəssisə rəhbərləri və sahibkarlar da fəallıq göstəriblər.
Ümumilikdə, 369 ərzaq sovqatı
paylanılmışdır. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz
xüsusi minnətdarlıqlarını çatdırıblar.