25 iyun 2024-cü il tarixində AzQAC-ın Sumqayit şəhər bölməsinin hesabat-seçki konfransı baş tutdu. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Cəmiyyətin vitse-prezidentləri Qafar Əsgərzadə və Əziz Qocayev də iştirak ediblər. Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, bölmə ilə əməkdaşlıq edən ayrı-ayrı müəsissələrinin və xeyriyyəci təşkilatların dəvətliləri qatılıblar.
İlk öncə Azərbaycan dövlətinin qurucusu,Ulu Öndərin büstü qarşısına gül qoyularaq, yad edilib. Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Bir dəqiqəlik sükutla Ulu Öndər və Vətən uğrunda şəhid olanlar anılıb. Konfransın gündəliyi konfrans iştirakcılarına catdırılıb. AzQAC-ın Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova 2021-2024-cü illər üzrə Sumqayıt şəhər bölməsinin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Bundan sonra bölmə maliyyə hesabatı dinlənilib.
Hər iki hesabatlar ətrafında cıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib. Bundan sonra təşkilatı məsələ, yəni növbəti illər üçün bölmə sədrliyinə Əliyev Şəhriyar Mircəfər oğlu və sədr müavinliyinə Cəlilzadə Lalə Rəhman qızı namizəd göstərilərək, səsə qoyularaq seçiliblər.
Nizamnaməyə əsasən İdarəetmə şurasının tərkibi 9
nəfərdən ibarət nümayəndələr seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
XXVII Baş Məclisinə 5 nəfərdən ibarət nümayəndə secilməsi yekdilliklə qəbul
edilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət
vəkili Novruz Aslanov çıxışında Sumqayıt şəhər bölməsinin qabaqcıl bölmələr
sırasında oldugunu, xüsusi vurgulayaraq, uzun illər bölmə ilə əməkdaşlıq edən
təşkilat nümayəndələrinin Fəxri Fərmanla təltif edib.
Konfrans “Aypara” himni ilə öz işini başa vurulub.