25 iyun 2024-cü il il tarixində
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsinin hesabat-seçki
konfransı keçirilib. Konfransda İdarəetmə Şurasının üzvləri, rayonda fəaliyyət
göstərən Səhiyyə və Təshil ocaqların nümayəndələri, idarə və təşkilatların
nümayəndələri, Suraxanı royununda fəaliyət göstərən digər cəmiyyətlər və
könüllülər iştirak edib.
Konfrans Dövlət himni ilə öz işinə
başladı və bir dəqiqəlik sükutla Ulu Öndər və Vətən uğrunda canından keçən
şəhidlərimiz yad edilib.
AzQAC-ın Suraxanı RB Sədri Turan
Hüseynova 2021-2024-cü illər üzrə Suraxanı rayon bölməsinin fəaliyyəti ilə
bağlı hesabatı təqdim etdikdən sonra maliyyə komissiyasını hesabatı dinlənilib.
Bundan sonra hər iki hesabatlar ətrafında çıxışlar edilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin ilk
təşkilatının Sədri Rəhmanova Qızxanım, 89 saylı məktəbin ilk təşkilatın Sədri
Əmirova Gülniyar, Əlillər Cəmiyyətinin Sədri Tahir Dəmirçiyev çıxış edərək
Suraxanı rayon böləsinin işini qənaətbəxş hesab etdiklərini bildirib.
Çıxışlardan sonra təşkilatı məsələlərə
keçib növbəti illər üçün QAC Suraxanı RB Sədr – Hüseynova Turan Bəxtiyar qızı,
Sədr müavini – Əliyeva Vəfa Vaqif qızı namizəd göstərilib, səsə
qoyularaq, seçiliblər. Nizamnaməyə əsasən 9 nəfərdən ibarət İdarəetmə Şurası
seçildi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məlisinə 5 nəfərdən
ibarət nümayəndələr seçilməsi yekdilliklə qəbul edilib.
Konfrans “Aypara” himni ilə öz işini
bitirib.