28 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Yasamal rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə AzQAC-ın
Vitse-prezidenti Qafar Əsgərzadə, Vitse-prezident Əziz Qocayev , Bakı Regional
Mərkəzinin koordinatoru Rəna İbrahimova, ayrı-ayrı idarə və təşkilatların ilk
təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
AzQAC-ın Yasamal rayon bölməsinin sədri Şücaət İsmayılov 2021-2024-cü illər üzrə sədrin və maliyyə komissiyasının hesabat məruzəsi dinlənilib, XXVII Baş Məclisin nümayəndələrinin seçilməsi təqdim olunub. Sonda Şücaət İsmayılov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışıb və hesabat qənaətbəxş hesab olunub.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb. Şücaət İsmayılov
növbəti 3 il üçün sədr, Fazil Mustafayev sədr müavini vəzifəsinə seçilib.