12 iyul 2024-cü il tarixində AzQAC Ağdaş
rayon bölməsinin hesabat-seçki konfransı baş tutub. Konfransda Türyançay Dövlət
Təbiət Qoruğunu direktoru Əliyev Muğdət, Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar
İttifaqının direktoru Zahidov İrasət, Ağdaş İcra Hakimiyyətinin əməkdaşı Əliyev
Ramiq iştirak ediblər.
Konfrans Dövlət himni ilə öz işinə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Konfransın gündəliyi konfrans iştirakçılarına
çatdırıb. Ağdaş rayon bölməsinin sədri Kənan Nəbiyev 2021-2024-cü illər üzrə Ağdaş
rayon bölməsinin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Bundan sonra bölmənin
maliyyə hesabatı dinlənilib. Hər iki hesabatlar ətrafında çıxışlar olaraq, üç
ildə bölmənin gördüyü işlərə qiymət verilib. Bundan sonra təşkilatı məsələ, yəni
növbəti illər üçün bölmə sədrliyinə növbəti dəfə , Kənan Nəbiyev namizəd göstərilərək,
səsə qoyularaq seçilib. Nizamnaməyə əsasən, İdarəetmə şurasının tərkibi 9 nəfərdən
ibarət nümayəndələr seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə
3 nəfərdən ibarət nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.
Konfrans “Aypara” himni ilə öz işini başa
vurub.