15 iyul 2024-cü il tarixində AzQAC Qazax rayon bölməsinin hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov, AzQAC İdarəetmə Şurasının üzvü, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Regional Mərkəzə daxil olan rayon bölmələrinin sədrləri və könüllüləri iştirak ediblər.
Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər
Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın gündəliyi konfrans iştirakçılarına
çatdırılıb. AzQAC Qazax rayon bölməsinin
sədri Qurban Qurbanlı 2021-2024-cü illər üzrə Qazax rayon bölməsinin fəaliyyəti
ilə bağlı hesabatı təqdim edib.
AzQAC Gəncə Regional Mərkəzinin
koordinatoru İsmayıl Əsədov, AzQAC İdarəetmə Şurasının üzvü, “Yeni Təfəkkür” qəzetinin
baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova çıxış edərək Qazax rayon
bölməsinin fəaliyyətini müsbət qiymətləndiriblər.
Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər
iki hesabat ətrafında çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət
verilib.
Sonra təşkilati məsələyə baxılıb, yəni növbəti illər
üçün bölmə sədrliyinə növbəti dəfə Qurban Qurbanlı namizəd göstərilib, səsə
qoyularaq seçilib.
Nizamnaməyə əsasən, İdarəetmə şurasının tərkibinə 9 nəfərdən
ibarət nümayəndə seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə
3 nəfərdən ibarət nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.
Konfrans “Aypara” himni ilə öz işini başa vurub.