17 iyul 2024-cü il tarixində Tovuz şəhər Gənclər Evində AzQAC Tovuz rayon bölməsinin hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov, AzQAC İdarəetmə Şurasının üzvü, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Regional Mərkəzə daxil olan rayon bölmələrinin sədrləri və könüllüləri iştirak ediblər.
Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Konfransın gündəliyi konfrans iştirakçılarına çatdırılıb. AzQAC Tovuz rayon
bölməsinin sədri Qəməndər Məmmədli 2021-2024-cü illər üzrə Tovuz rayon bölməsinin
fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
AzQAC Gəncə Regional Mərkəzinin koordinatoru
İsmayıl Əsədov, AzQAC İdarəetmə Şurasının üzvü, “Yeni Təfəkkür” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova və bölmənin fəal könüllülərindən
Azər Babayev çıxış edərək Tovuz rayon bölməsinin fəaliyyətini
müsbət qiymətləndiriblər.
Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabat ətrafında
çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib.
Sonra təşkilati
məsələyə baxılıb, yəni növbəti illər üçün bölmə sədrliyinə növbəti dəfə Qəməndər
Məmmədli namizəd göstərilib, səsə qoyularaq seçilib.
Nizamnaməyə əsasən,
İdarəetmə şurasının tərkibinə 9 nəfərdən ibarət nümayəndə seçilib. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 3 nəfərdən ibarət nümayəndə
seçilməsi yekdilliklə qəbul edilib.
Konfrans “Aypara” himni ilə öz işini başa vurub.