13 avqust 2024-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən Akademiyasında genişmiqyaslı seminar təşkil edilib. Seminar Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) klassifikasiyasından keçməyə hazırlanması üzrə tədbirlər çərçivəsində üzvləri üçün “Beynəlxalq Humanitar əməliyyatlar üzrə etik normalar” kursunun bir hissəsi olaraq keçirilib. Tədbirdə AzQAC-ın İcraçı Katibin müavini, Fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə, Sağlamlıq şöbəsinin müdiri Əminə Cabbarova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və NPVY üzrə məsul şəxs Nuranə Qasımzadə təqdimatlarla çıxış ediblər.
Seminar zamanı Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsası, onun komponentləri, emblemləri,
rolları və mandatları haqqında mühüm mövzulara toxunulub. Hərəkatı idarə edən
fundamental prinsiplər və hər bir üzv təşkilatın mandatları haqqında geniş
müzakirələr aparılıb. Seminarda Beynəlxalq Humanitar Hüquq (BHH), Cenevrə
Konvensiyaları, bu qanunların kimlərə yönəldildiyi və kimlərin qorunduğu
mövzularından bəhs edilib. Eyni zamanda, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
BHH-nin təbliği və tətbiqindəki rolu da vurğulanıb
Həmçinin, Axtarış və Xilasetmə Meshveret
Qrupunun rolu və etik normaları haqqında ətraflı təqdimat keçirilib. Bu hissədə
beynəlxalq səviyyədə axtarış və xilasetmə qruplarının təsnifatı və potensialının
inkişafının əhəmiyyəti vurğulanıb.
Seminarda 50 aktiv və 50 ehtiyat mütəxəssisdən ibarət
100 iştirakçı olub. Tədbir interaktiv formatda keçirilib və iştirakçıların
sualları ətraflı cavablandırılıb.
Seminarın sonunda iştirakçılara Azərbaycan Qızıl
Aypara Cəmiyyəti tərəfindən sertifikatlar təqdim olunub. Bu tədbir, humanitar
prinsiplərin təşviqi və beynəlxalq axtarış və xilasetmə qruplarının qlobal
standartlara uyğun potensialının gücləndirilməsi istiqamətində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin sadiqliyini bir daha təsdiq edib və daimi əməkdaşlığın
inkişafı istiqamətində daha bir addım atılıb.
Həmçinin, Axtarış və Xilasetmə Meshveret Qrupunun rolu və etik normaları haqqında ətraflı təqdimat keçirilib. Bu hissədə beynəlxalq səviyyədə axtarış və xilasetmə qruplarının təsnifatı və potensialının inkişafının əhəmiyyəti vurğulanıb.
Seminarın sonunda iştirakçılara Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən sertifikatlar təqdim olunub. Bu tədbir, humanitar prinsiplərin təşviqi və beynəlxalq axtarış və xilasetmə qruplarının qlobal standartlara uyğun potensialının gücləndirilməsi istiqamətində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sadiqliyini bir daha təsdiq edib və daimi əməkdaşlığın inkişafı istiqamətində daha bir addım atılıb.