AzQAC-ın Sumqayıt şəhər bölməsində növbəti görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Sumqayıt şəhər bölməsində növbəti görüş keçirilib
 The Sumgait city branch of the Azerbaijan Red Crescent Society holds its regular meeting.

Beynəlxalq Qızıl Xaç Komitəsinin  Əməkdaşlıq üzrə məsul işçisi Sevil Süleymanovanın müşaiyəti ilə Fransadan gələn nəticələrin təhlili məşğələsi üzrə konsultant Mark Şeperd AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub.
 
Görüşün məqsədi Nəticələrin təhlili məşğələsi üzrə Sumqayıt şəhər bölməsi ilə görüşmək və müzakirələr aparmaq idi. Nəticələrin təhlili məşğələsi BQXK və IFRC-nın 2020-2024-cü illərdə birgə dəstək olduğu Milli Cəmiyyətlərin İnkişafı proqramını nəzərdən keçirtmək, görülən işlərin təhlilini aparmaqdan ibarət olub. 



AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova ötən 4 il ərzində Sumqayıt şəhər bölməsinin inkişaf yönümlü fəaliyyəti barədə foto- slayd əsasında geniş izahlı çıxış edərək, qonağı maraqlandıran sualları cavablandırıb.



Bölmə sədri Şəhriyar Əliyev və bölmə könüllüləri də Mark Şeperdin suallarına dolğun və müfəssəl cavablar veriblər. Görüş qonaqların xoş təəssüratları ilə xatirə şəkli çəkilməklə başa çatıb.