Müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri xüsusi olaraq uşaq bağçası müəllimləri və köməkçiləri üçün nəzərdə tutulmuş İlk Yardım üzrə təlim proqramı keçiriblər.
Məqsəd uşaq bağçası
mühitlərində rast gəlinən ümumi hadisələr və fövqəladə halları effektiv idarə
etmək üçün müəllimlərə fundamental ilk yardım bilik və bacarıqları verməkdir.
Tədbir zamanı iştirakçılara ilk yardımın əsasları, bərpa
vəziyyəti, tənəffüs yolunun tutulması, qanaxmalar, sınıqlar, zəhərlənmə və
yanıqlar kimi əsas mövzular haqqında ətraflı məlumat verilib və praktiki
məşğələlər nümayiş etdirilib. Sessiyalar zamanı ilk yardım bilikləri ilə yanaşı, iştirakçılara
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq
rayon bölməsinin fəaliyyətləri haqqında da məlumat verilib.
2024-cü ilin avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin
(BQXK) dəstəyi ilə AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Bərdə, Qazax və Tovuz
bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən
ümumilikdə 6 ilk yardım sessiyaları təşkil edilmişdir.