AzQAC AL Marketin dəstəyi ilə “Məktəbə Qayıdış” tədbirləri keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC AL Marketin dəstəyi ilə “Məktəbə Qayıdış” tədbirləri keçirib

Ölkənin hər yanında fəaliyyət göstərən AL Market mağazalar şəbəkəsi dərs ilinin başlaması münasibəti ilə yeni “Korporativ Sosial Məsuliyyət’’ lahiyəsi həyata keçirib.



Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Şərqi Zəngəzur İqtisadi Zonasına daxil olan  Zəngilanın Ağalı kəndinin  və Qarabağ İqtisadi Zonasına daxil olan Tərtər rayonunun  Talış kəndinin orta məktəbində yeni dərs ilinə başlayacaq 100-ə yaxın şagirdə məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilib.


Tədbir çərçivəsində uşaqlar həm də Azərsun şirkətinin digər markası olan Şokki Mokki-nin təqdim etdiyi möhtəşəm əyləncələrlə sevindirilib. Bu, tədbirin ümumi ab-havasına daha çox rəng qataraq uşaqların sevincinə səbəb olub.


Sonda yeni dərs ilində bütün şagirdlərə uğurlar arzulayıb xatirə fotoları çəkilib.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən AL Marketmağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” şüarını əsas tutan AL Marketlər ailənizin ehtiyacları üçün müxtəlif məhsullarla xidmətinizdədir.