AzQAC-ın rayon bölmələrində məktəbli uşaqlar üçün tədbirlər həyata keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın rayon bölmələrində məktəbli uşaqlar üçün tədbirlər həyata keçirilib
“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və IFRC 4-6 sentyabr 2024-cü il tarixlərində Gədəbəy və Bərdə rayonlarında məktəbli uşaqlar üçün yay günlərini daha səmərəli keçirməsi ilə əlaqədar tədbirlər həyata keçirilib. Tədbirin məqsədi yay tətili zamanı məktəbli uşaqların vaxtlarını səmərəli keçirməsi ilə əlaqədar olaraq ekskursiya təşkil olunub. Ekskursiya zamanı uşaqlara iqlim dəyişikliyi haqqında məlumat verilib və onlar ölkəmizdə keçiriləcək COP-29 barədə məlumatlandırılıb, eyni zamanda yay günlərini daha əyləncəli və səmərəli keçirilməsini təmin edib. Bununla əlaqədar iqlim dəyişikliyi, onun səbəbləri və nəticələri barədə interaktiv təlimlər aparılıb. Uşaqlara iqlim dəyişikliyi ilə əlaqədar mübarizə yolları öyrədilmişdir. Təlimdən sonra uşaqlarla müxtəlif fəaliyyətlər həyata keçirilmişdir. Bu fəaliyyətlər dibçəklərdə güllər və ağacların əkilməsi, corabların, şüşələrin, köynəklərin, dibçək qablarının üzərində şəkillərin çəkilməsi, quş damlarının qurulması, ətraf mühitdən tullantıların təmizlənməsi kimi fəaliyyətlər həyata keçirilmişdir. Sonda gül dibçəkləri şagirdlərin təhsil aldıqları məktəblərə hədiyyə edilmiş, üzərində rəsmlər çəkilən köynəklər, şüşə qablar, corablar uşaqlara hədiyyə edilmişdir.