“Partlayış zamanı yaranan travmalara qarşı ilk yardım” təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / “Partlayış zamanı yaranan travmalara qarşı ilk yardım” təlimi keçirilib
9-11 sentyabr tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən “Partlayış zamanı yaranan travmalara qarşı ilk yardım” mövzusunda xüsusi bir təlim keçirilib. Tədbirdə AzQAC-ın Miqrasiya şöbəsinin müdiri, Silahlara Qarşı Mübarizə Proqramının koordinatoru Məmməd Kətanov, 27 nəfər işçi və könüllü heyət iştirak edərək, partlayış nəticəsində yaranan travmalara qarşı ilkin yardım barədə ətraflı məlumat əldə ediblər. Bu təlimin məqsədi, iştirakçılara partlayış zamanı və sonrasında yaranan yaralanmalara, xüsusən də travma, qanaxma və şok vəziyyətlərinə qarşı necə təsirli şəkildə reaksiya verə biləcəklərini öyrətməkdir. Təlimdə iştirak edənlərə, müxtəlif vəziyyətlərdə düzgün ilk yardım metodları praktiki olaraq nümayiş etdirilib. Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı şöbəsinin nümayəndələri olan Vəfa Əliyeva və Lalə Cəlilzadə də təlimdə iştirak edərək, öz bilik və təcrübələrini paylaşdılar. Təlimin sonunda, iştirakçılara sertifikatlar təqdim edilib.