27 sentyabr 2024-cü il tarixində AzQAC Miqrasiya şöbəsinin
müəllimi və Qaçqınların Qeydiyyat Mərkəzinin meneceri Afət xanım Yunisovanın
ölkəmizə pənah gətirmiş miqrantların təhsili və bununla bağlı məsələlərin təşkili
ilə bağlı Mərkəzin ofisində görüşü olub. Görüşdə iştirakçılar miqrantların yeni
dərs ilinə hazırlığının tələb və təkliflərə uyğun şəkildə təşkili, bu istiqamətdə
rast gəlinən problemlər və onların mümkün həll yolları, o cümlədən miqrantların
bu mərkəzdə daha kompakt toplaşdığını nəzərə alaraq dərslərin pandemiyadan əvvəlki
vaxtlarda olduğu kimi yenidən bu mərkəzdə keçirilməsinin təşkili məsələsi fəal
müzakirə edilib. Müzakirə zamanı BMT- nin Qaçqınların işi üzrə Ali Komissarlığı
Bakı ofisinə göndərilən müraciət məktubu haqqında da məlumat verərək AzQAC-ın
Miqrasiya şöbəsinin müəllimi Sona Hacıyeva kursun işi, müdavimlərin davamiyyət
səviyyəsi və son nəticələr barəsində fikirlərini söyləyib. Kursa 11 tədris ili ərzində
xeyli sayda müdavim qatılmış və hər ilin sonunda 35-55 miqranta, bu il isə 22 miqranta
müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi
verilib. Görüşdə Mərkəzin meneceri Afət
Yunisova onlar üçün bu kursun çox əhəmiyyətli olduğunu vurğulayıb və kursun
yenidən başlayacağından çox məmnun olduğunu söyləyərək müəlliməyə təşəkkür
ediblər. Daha sonra bu ilki dərslərin tədrisi üçün otaqlara baxış keçirilib. Görüşdə iştirak edən Mərkəzin miqrantların təhsili
üzrə koordinatoru Sadiq Ağalarov və sosial məsələlər üzrə mütəxəssis Gülzar
Abasquluyeva da bu dərsin miqrantların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli
yer tutduğunu söyləyiblər. Müəllimə Sona bugünki əhatəli görüşdən məmnunluğunu
ifadə edərək bildirib ki, miqrantlara eyni zamanda ölkə tarixi, coğrafiyası, ədəbiyyatı,
sosial-iqtisadi həyatı barədə də məlumatlar verilir və onların tarixi məkanlara
ekskursiyaları, müxtəlif mövzularda marifləndirici seminarlar təşkil olunur.