Federasiyasının (IFRC) Cənubi 2024-cü il sentyabrın 13-də Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Qafqaz üzrə rəhbəri Davron Muhammadiyev,
IFRC nümayəndəliyinin məsul əməkdaşı Aleksandr Morodovin, bölmələrin inkişafı və
könüllərlə iş üzrə baş mütəxəssis Teymur Kuseba, Sağlamlıq və Qayğı şöbəsinin
müdiri Əminə Cabbarova və Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmovanın
müşayiəti ilə Qobustan rayon bölməsinə səfər ediblər. Səfərin məqsədi Qobustan
rayon bölməsinin fəaliyyəti ilə yaxından tanış olmaq, yerli könüllülərin
gördüyü işləri qiymətləndirmək və qarşıda duran layihələr barədə müzakirələr
aparmaqdan ibarət olub.
Qobustan rayon bölməsinin sədri Nəhmət Alcanlı
qonaqlara bölmənin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial və
humanitar layihələr, yerli icmalarla əlaqələrin qurulması və könüllülərin rolu
haqqında ətraflı məlumat verib. O, həmçinin gələcəkdə icra edilməsi nəzərdə
tutulan layihələrdən və rayon üzrə planlaşdırılan təşəbbüslərdən də bəhs edib.
Görüş çərçivəsində gələcəkdə həyata keçiriləcək tədbirlər
və əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Qonaqlar Qobustan bölməsinin
işini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq üçün yeni perspektivlərdən bəhs
edib.
Sonda qonaqlar və könüllülər ilə birlikdə xatirə
şəkli çəkilib.