Türk Qızıl Ay və AzQAC ilə birgə “Sevgi Boğçası” layihəsi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Türk Qızıl Ay və AzQAC ilə birgə “Sevgi Boğçası” layihəsi keçirilib
27 sentyabr 2024-cü il
tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Qızıl Ayı ilə birgə "Sevgi boğçası” layihəsiçərçivəsində Sumqayıt Regional Mərkəzinə
daxil olan Quba rayon mərkəzi xəstəxanasında xeyriyyə məqsədi ilə seminar
formatında tədbir keçirilib. Bu gün respublikamızda "Anım Günü" ilə
bağlı keçirilən tədbirlərə biz də bu kollektivlə qatıldıq. İlk öncə xəstəxana ərazisində
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə
yaradılmış abidə kompleksini ziyarət edərək,üzərinə tər güllər qoyulub. Quba
Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar SərvərovQuba şəhidləri barədə bizə məlumat verib.
Tədbir xəstəxananın akt
zalında davam etdirilib. Tədbirdə Türk Qızıl Ayının Azərbaycan nümayəndəsi
Hüseyin Çıtak, Sağlamlıq şöbəsinin
müdiri Amina Cabbarova, doktor Mətanət Qaraxanova, Sumqayıt Regional Mərkəzinin
koordinatoru Mətanət Məhərrəmova və RM könüllüləri da iştirak ediblər.
Perinatal Mərkəzin direktoru Şəhla Həsənova qonaqları salamlayaraq mərkəzdə
hamilə qadınlarla görülən maarifləndirmə və tibbi işlər barədə danışıb. Daha
sonra Türk Qızıl Ayının nümayəndəsi Hüseyin Çitak layihə ilə bağlı iştirakçılara
məlumat verib. Perinatal Mərkəzin 25 nəfər hamilə qadınlarına 0-1 yaş körpələrin
inkişafı və sağlığı naminə ana olacaq xanımlara təlim keçirilib. Təlimdən sonra
xanımlara "Sevgi boğçası” təqdim olunub. Bu doğuşdan sonra xanımların ilk ehtiyacını
qarşılayan ləvazimatlardan ibarət olan bir boğçadır. Bu Türk Qızıl Ayı tərəfindən
100 ildir ki, fəaliyyət göstərən bir layihədir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti
ilə də birgə daha ehtiyaclı bölgələrdə
yaşayan qadınlara dəstək məqsədi ilə davam etdirilir. Ümid varıq ki, bu layihə
davamlı olaraq daha ehtiyaclı bölgələrdə keçirilərək hamilə qadınlara ümid
işığı olacaq.