“Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib
2 oktyabr 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətində "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib. “İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin Hesabat sektorunun rəhbəri Fidan Mirsultanova, ekologiya və miqrasiya sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və mütəxəssislər iştirak ediblər. Seminar zamanı iştirakçılar ekoloji miqrantların hüquqlarının qorunması, iqlim dəyişikliyinin miqrantların əmək fəaliyyətinə gətirdiyi çətinliklər, həmçinin səhralaşma, su qıtlığı və biomüxtəlifliyin azalmasının dünya üzrə miqrasiya axınlarına təsiri, beynəlxalq sənədlər çərçivəsində ekoloji miqrasiyanın nəzərə alınması və bu istiqamətdə dövlətin gördüyü tədbirləri vurğulayıblar. Sonda verilən suallar aidiyyəti üzrə cavablandırılıb.