8 oktyabr 2024-cü ildə Əminə Cabbarova Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional
Mərkəzinin Koordinatoru Zəfər Miriyev ilə görüşüb. Zəfər Miriyevin təşəbbüsü
ilə Əminə Cabbarova Lənkəran şəhərində
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına yeni qoşulan könüllülərə Risk
kommunikasiya və İcmalarla iş mövzusunda maarifləndirmə seminarını keçirib.
Seminar zamanı icmalarda immunizasiya ilə bağlı olan narahatçılıq və davranışın
dəyişməsi haqda diskussiya edilib. Könüllülərin peyvəndlərə qarşı münasibətləri
və valideynlərin cəlb olunması haqqında danışılıb. Uşaqların immunizasiya ilə
əhatə olunma dərəcəsi aşağı olduğu üçün yeni yanaşmaların tətbiqi haqda məlumat
verilib.
Zəfər Miriyev də Lənkəran rayonunda icmalarla
aparılan fəaliyyət haqqında təcrübəsini bölüşüb.