18 Oktyabr- Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü müasibətilə miqrantlarla görüş
Əsas səhifə / XƏBƏRLƏR / 18 Oktyabr- Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü müasibətilə miqrantlarla görüş
18 Oktyabr – Azərbaycan dövlət müstəqilliyinin bərpası günü yaxınlaşır və bu münasibət ilə ölkədə müxtəlif qurum və birliklər tərəfindən silsilə tədbirlər həyata keçirilir. Hər zaman olduğu kimi bu dəfə də 10 oktyabrda qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq olaraq Vertebra dr. İradə Onurğa Klinikası və Respublika Qadınlar Cəmiyyətinin birgə təşəbbüsü ilə miqrantlarla görüş keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun 20 nəfər əfqan və pakistanlı müdavim miqrantları və müəllimə Sona Hacıyeva da dəvətlə iştirak etdilər. GM City Hoteldə baş tutan görüşü Talassemiya Mərkəzindən Fuad müəllim açaraq miqrantları və digər qonaqları salamladı və dr. İradə xanımın gördüyü xeyirxah işlərdən , miqrant ailələrə göstərdiyi humanist münasibətdən danışdı. Görüş gözəl nahar süfrəsi, geyim əşyalarının hədiyyə edilməsi, musiqili -əyləncəli proqramla müşayiət edildi və xatirə şəkilləri ilə yaddaşlara köçürüldü.