AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsində növbəti hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsində növbəti hesabat-seçki konfransı keçirilib

Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransda nümayəndələrlə yanaşı, “28 May adına “NQÇİ-nin  və “Neft daşları” NQÇİ-nin rəhbər işçiləri  və s. iştirak edib.
Konfransın gündəliyi konfrans iştirakçılarınınnəzərinə çatdırılıb. AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsinin sədri, “Tərəqqi” medalçısı  Üzeyir Həsənov 2021-2024-cü illər üzrə QAC “Neft daşları və Çilov adası” Birləşmiş Bölməsinin fəaliyyəti ilə bağlı hesabatı konfrans iştirakçılarına təqdim edib. 
Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabat ətrafında çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib. Konfransda “28 May adına “NQÇİ-nin  və “Neft daşları” NQÇİ-nin rəhbərliyindən Birləşmiş Bölmənin maddi-texniki bazasının, maliyyə vəziyyətinin yaxşılaşdırılmasına dair əməli tədbirlər görülməsi xahiş edildi. Bölmənin 70 illik Yubileyinin yüksək səviyyədə keçirilməsi məsələsinin də müsbət həll olunacağına əminlik ifadə olundu.
Sonra təşkilati məsələyə baxıldı. Növbəti illər üçün AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsi sədrliyinə Həsənov Üzeyir Oqtay oğlunun, sədr müavini vəzifəsinə isə Səfərli Elmir Faiq oğlunun namizədlikləri irəli sürüldü, səsə qoyularaq yekdilliklə həmin vəzifələrə seçildilər..
Azərbaycan QAC Nizamnaməsinə əsasən, 9 nəfərdən ibarət İdarəetmə şurasının üzvü, digər komissiyaların üzvləri seçildilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 3 nəfərdən ibarət nümayəndə heyətinin seçilməsi yekdilliklə qəbul edildi.
Konfrans iştirakçıları tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan QAC-ın fəxri üzvü cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu.

Beləliklə, neftçi-ayparaçıların bir araya gəldikləri konfrans öz işini bitirdi.