İsveçrənin Cenevə şəhərində keçirilən 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Konfransı geniş tərkibdə görüşlər və mühüm müzakirələrlə davam edir

Əsas səhifə / XƏBƏRLƏR / İsveçrənin Cenevə şəhərində keçirilən 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Konfransı geniş tərkibdə görüşlər və mühüm müzakirələrlə davam edir

İsveçrənin Cenevrə şəhərində keçirilən 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Konfransı geniş tərkibdə iştirakçılarla, mühüm görüşlər və dərin müzakirələrlə davam edir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr arasında əməkdaşlıq imkanlarının artırılması, humanitar fəaliyyətlərin daha da gücləndirilməsi və qlobal səviyyədə təhlükəsizliyin təmin olunmasına yönəlmiş məsələlər əsas diqqət mərkəzindədir.


Bu mühüm tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı katib Ceyhun Mirzəyev və İcraçı katibin müavini Şaban Şayev təmsil edirlər. Onlar digər ölkələrin nümayəndələri ilə birlikdə beynəlxalq humanitar təşkilatların qarşısında duran problemləri və onların həlli yollarını müzakirə edirlər.


Konfrans çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dostu və əməkdaşı Massi Mabora ilə də görüş keçirilib. Görüş zamanı ERNA (Avropa Regionu Şəbəkəsi) çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi layihələr və qarşıdakı dövrlərdə planlaşdırılan fəaliyyətlər ətraflı müzakirə edilib. AzQAC-ın müxtəlif sahələrdə həyata keçirdiyi layihələrin uğurları, beynəlxalq arenada möhkəmlənən mövqeyi və gələcək məqsədləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.