İsveçrənin
Cenevrə şəhərində keçirilən 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Konfransı geniş tərkibli görüşlər və mühüm müzakirələrlə uğurla davam edir.
Beynəlxalq humanitar məsələlər, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və
hazırkı çağırışlarla bağlı geniş fikir mübadiləsi aparılır.
Konfransda
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev və İcraçı
katibin müavini Şaban Şayev Azərbaycanı təmsil edirlər. Konfrans çərçivəsində Səudiyyə
Ərəbistanı Qızıl Aypara Cəmiyyətinin Prezidenti Dr. Cəlal Al-Ovayzi və Səudiyyə
Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Tərəfdaşlıq Şöbəsinin rəhbəri
Əbdürrəhman Əl-Athel ilə rəsmi görüş keçirilib.
Bu görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, mövcud əlaqələrin gücləndirilməsi
və gələcək fəaliyyətlərin koordinasiyası ilə bağlı müzakirələr aparılıb. Eyni
zamanda, humanitar missiyalar üzrə təcrübə mübadiləsi və beynəlxalq səviyyədə həyata
keçiriləcək layihələrdə tərəfdaşlıq imkanları geniş şəkildə nəzərdən keçirilib.