AzQAC-ın Bərdə rayon bölməsində ağacəkmə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Bərdə rayon bölməsində ağacəkmə aksiyası keçirilib
 Barda District Branch of the Azerbaijan Red Crescent Society holds tree planting event

AzQAC COP-29 ilə əlaqədar olaraq “Yaşıl dünya naminə” aksiyasına qoşulub.

“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsi təşkilatçılığı, AzQAC-ın müvafiq rayon bölmələrinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə birlikdə 30 oktyabr tarixində Bərdə rayonunda ağacəkmə aksiyası həyata keçirilib.
“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində məktəbli uşaqlar tərəfindən “Sprint” layihələr yazılmışdır. Seçilmiş layihələrdən biri olan ağacəkmə aksiyası AzQAC-ın Bərdə RB tərəfindən Bərdə rayonunda davam etdirilir. Ağacəkmə aksiyası çərçivəsində AzQAC-ın Bərdə RB könüllülərinin, Bərdə rayon Kələntərli kənd tam orta məktəbinin müəllim kollektivi, şagirdlərinin iştirakı ilə 130 ağac əkilib. “Sprint” layihəsinin çərçivəsində keçirilən ağacəkmə aksiyasının davamı olaraq Bərdə rayonunda da ağacəkmə aksiyası davam etdiriləcəkdir.