AzQAC COP29 konfransı çərçivəsində keçirilən “Təbiətə Qayğı, İnsanlığa Dəstək - Milli Cəmiyyətlərin Birgə Fəaliyyəti” adlı sessiyada iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC COP29 konfransı çərçivəsində keçirilən “Təbiətə Qayğı, İnsanlığa Dəstək - Milli Cəmiyyətlərin Birgə Fəaliyyəti” adlı sessiyada iştirak edib
 The Azerbaijan Red Crescent Society participated in the session "Caring for Nature, Supporting Humanity - Joint Action by National Societies" held in the framework of the COP29 conference

20 noyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXBQACF) pavilyonunda keçirilən “When we care for nature, we also care for humanity” (“Təbiətə qayğı göstərdiyimiz zaman insanlığa da qayğı göstəririk”) adlı seminarda iştirak ediblər. Seminarda müxtəlif milli cəmiyyətlərin nümayəndələri də iştirak edərək təbiətə qayğının insan rifahına təsiri, ekoloji davamlılıq və humanitar missiyalar arasındakı əlaqələr haqqında müzakirələr aparılıb. Sessiya zamanı iştirakçılar iqlim dəyişikliyi və ətraf mühitin qorunması istiqamətində görülən işlər, bu sahədəki innovativ yanaşmalar və Milli Cəmiyyətlərin rolu barədə təqdimatlar ediblər. AzQAC nümayəndələri də öz növbəsində iqlim dəyişikliyi ilə mübarizədə təşkilatın gördüyü işlər və gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələr haqqında məlumat veriblər.