AzQAC Sumqayıt şəhər bölməsi təcrübədə olan tələbələr üçün İlk Yardım təlimi keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi təcrübədə olan tələbələr üçün İlk Yardım təlimi keçirib
23 aprel 2025-ci il tarixində
AzQAC Sumqayıt şəhər bölməsində təcrübədə olan Sumqayıt Dövlət
Universitetinin tələbələrinə Fövqəladə Mobil Könüllü Dəstənin (FMKD)üzvləri
tərəfindən İlk Yardım mövzusunda praktiki təlim keçirilib. İştirakçılara
huşsuz nəfəs alan və bərpa vəziyyəti,tənəffüs yollarının
tutulması,qanaxma,sınıqlar,yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verilib
və əyani olaraq göstərilib. Tələbələri maraqlandıran suallar FMKD üzvləri tərəfindən
cavablandırılıb.