7 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəlilabad
rayon bölməsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad
Filialının birgə təşkilatçılığı ilə ekoloji aksiya həyata keçirilib.
Aksiya ümummilli lider, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 8 May – “Ümumdünya
Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü” münasibətilə təşkil olunub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəlilabad
rayon bölməsinin əməkdaşları, fəal könüllüləri və ADPU Cəlilabad Filialının tələbələri
iştirak ediblər. Ekoloji aksiya zamanı müəyyən olunmuş ərazidə təmizlik işləri
aparılmış, tullantılar toplanmışdır. Bu tədbirlə bölmə mühitin qorunmasına öz
töhfəsini verilmişdir.
Aksiyanın sonunda ADPU Cəlilabad Filialının direktoru
Xudayar Sultanlı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəlilabad rayon bölməsinin
sədr müavini Mirsüleyman Eynullayev iştirakçılarla çay süfrəsi ətrafında səmimi
söhbət edib, ekoloji dəyərlər və gənclərin bu sahədəki rolu barədə fikirlərini
bölüşüblər.