AzQAC-ın Suraxanı rayon bölməsində aztəminatlı ailələrə yardım edilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Suraxanı rayon bölməsində aztəminatlı ailələrə yardım edilib
 The Surakhani district branch of the Azerbaijan Red Crescent Society provided humanitarian assistance to low-income families


Azərbaycan Qızıl Aypara Cəmiyyəti ehtiyacı olan uşaqlara dəstək məqsədilə müxtəlif humanitar yardım proqramlarını davam etdirir. Bu proqramlar çərçivəsində uşaqlara geyim və digər zəruri ləvazimatların təqdim olunması nəzərdə tutulur.

AzQAC-ın Suraxanı Rayon Bölməsi “Türk QızılAy” təşkilatının dəstəyi ilə aztəminatlı ailələrə və onların övladlarına geyim və hədiyyələr təqdim edib. Təşkil olunan bu yardım aksiyası uşaqların gündəlik ehtiyaclarının qarşılanmasına, həmçinin onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.