AzQAC-ın Cəbrayıl rayon bölməsi və Cəbrayıl
rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may- Beynəlxalq “Ailə”
günü münasibətilə rayon bölməsinin (FMKD) könüllüləri Cəbrayıl qəsəbələrində
“Ailə-dəyişməyən dəyərimiz” mövzusunda aksiya keçirib. Ailə dəyərlərinin möhkəmləndirilməsi
və cəmiyyətin maarifləndirilməsi məqsədi ilə keçirilən aksiyada iştirakçılara
AzQAC-ın prezidenti və rayon İcra Hakimiyyəti başçısının təbrikləri çatdırılıb
və Azərbaycan Respublikası Ailə , Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin
hazırladığı “Gənc ailələrə tövsiyələr” adlı broşurları paylanılıb. Aksiya gənc
ailələr tərəfindən məmnunluqla qarşılanıb.