1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür"

Əsas səhifə / XƏBƏRLƏR / 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür"
 1 June is the International Day for the Protection of Children

1 İyun – Uşaqların Müdafiəsi Günü ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, ana və uşaq sağlamlığının qorunmasına yönəlik vacib bir təşəbbüs həyata keçirib. Bu məqsədlə, 2025-cü ilin 24 may tarixində, Lənkəran Regional Perinatal Mərkəzində və Abşeron Rayon Mərkəzi Klinikasının doğum şöbəsində ehtiyacı olan hamilə qadınlar üçün prenatal və perinatal baxım üzrə həkimlər və təlim keçmiş könüllülər tərəfindən maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara hamiləlik dövründə sağlam qidalanma, gigiyena, psixoloji hazırlıq, doğuşa hazırlıq mərhələləri və doğuş sonrası dövrdə körpə baxımı barədə ətraflı məlumatlar verilib. Eyni zamanda, doğuş zamanı və doğuşdan sonra ehtiyac duyacaqları gigiyenik və ilkin tibbi yardım vasitələrindən ibarət dəstək paketləri, maarifləndirici kitabçalar və uşaqlar üçün geyim təqdim olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq inanırıq ki, hər bir uşağın təhlükəsiz və sağlam bir mühitdə dünyaya gəlməyə haqqı vardır. Hamilə qadınlara göstərilən bu dəstək həm onların fiziki və emosional rifahına, həm də doğulacaq körpələrin sağlam gələcəyinə xidmət edir.
Qeyd edək ki, bu cür sosial dəstək layihələri davamlı şəkildə həyata keçirilməkdədir və gələcəkdə ölkənin müxtəlif bölgələrində də genişləndirilməsi planlaşdırılıb.
Birlikdə daha sağlam gələcəyə!