AzQAC Lerik Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Lerik Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib
 The Lerik district branch of the Azerbaijan Red Crescent Society held a festive event for children

24 may 2025-ci il tarixində Lerik rayonunun Körpələr Evi-Uşaq Bağçasında 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşəbbüsü və dəstəyi ilə təşkil olunub. Məqsəd uşaqların sevincini paylaşmaq, onlara diqqət və qayğını daha da artırmaq, eyni zamanda bu əlamətdar günün mahiyyətini onlara çatdırmaq olub.
Tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təqdim olunub: musiqi və rəqs nömrələri, şeir kompozisiyaları, interaktiv oyunlar və kukla tamaşaları bayram ab-havası yaradıb. Uşaqlar hazırladıqları çıxışlarla tədbirə xüsusi rəng qatıblar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri çıxış edərək uşaqlara öz təbriklərini çatdırıb, onlara sağlam və xoşbəxt gələcək arzulayıblar. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Bu cür tədbirlər uşaqların sosial inkişafı və cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. AzQAC olaraq, biz gələcəyimizin təməlini təşkil edən uşaqların rifahı və hüquqlarının qorunması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik.