AzQAC Kəlbəcər Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Kəlbəcər Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib

1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Kəlbəcər Rayon Bölməsi tərəfindən rayonun 13 saylı tam orta məktəbində tədbir təşkil olunub. Tədbirin məqsədi uşaqların bu əlamətdar gününü qeyd etmək, onların sevincinə şərik olmaq və onlara diqqət və qayğı göstərmək olub.
Tədbir zamanı şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub, onların iştirakı ilə əyləncəli oyunlar və maraqlı proqramlar həyata keçirilib. Uşaqların üzündə təbəssüm yaratmaq və onların sosial rifahına töhfə vermək tədbirin əsas prioritetlərindən biri olub.