29 may 2025-ci il tarixində AzQAC Nərimanov rayon bölməsi tərəfindən
rayonun Məmməd Araz küçəsi 133 ünvanında yerləşən uşaq baxçasında 1 İyun Beynəlxalq
Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Bağçada tərbiyə
olunan uşaqlara geyim dəstləri, şirniyyat və mövsümü meyvələr paylanılıb.
Bağçanın kollektivi bu xeyirxah aksiyaya görə Qızıl Aypara Cəmiyyətinə
öz minnətdarlığını bildirib.