1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Abşeron Rayon Bölməsi tərəfindən bayram
tədbiri təşkil olunub. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Gənclər və
Könüllülərlə İş Şöbəsinin müdiri Xalidə İsgəndərova, şöbənin əməkdaşı Mətanət
Qaraxanova, AzQAC Abşeron Rayon Bölməsinin sədri Fazilə Hüseynova, bölmənin
könüllüləri və Abşeron Rayon Mərkəzi Xəstəxanasının işçi heyəti iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Fazilə Hüseynova iştirakçıları
salamlayaraq uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam
və xoşbəxt gələcək arzulayıb. Daha sonra Mətanət Qaraxanova çıxış edərək gənc
analara faydalı tövsiyələr verib, uşaqların sağlam və təhlükəsiz mühitdə
böyüməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub və xatirə
şəkli çəkilib.