AzQAC Sumqayıt Regional Mərkəzi tərəfindən 1 İyun – "Uşaqların Müdafiəsi Günü" qeyd olunub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzi tərəfindən 1 İyun – "Uşaqların Müdafiəsi Günü" qeyd olunub
1 İyun – Uşaqların Müdafiəsi
Günü ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin
təşkilatçılığı ilə Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət
göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində hamilə və yeni ana olan qadınlar
üçün Qızıl Aypara Cəmiyyətinin "Sevgi boxçası" layihəsinin davamı
olaraq, maarifləndirici tədbir təşkil olunub. Tədbirdə STM-nin direktor
müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin icraçı katibinin müavini Xalidə İsgəndərova, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət
Məhərrəmova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq üzrə mütəxəssisi
Mətanət Qaraxanova, 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Sevinc
Əkbərova və hamilə qadınlar iştirak ediblər. Erkən bəsləyici qayğının
komponentləri haqqında iştirakçılara ətraflı məlumat verilib, təşkil olunan
tədbirin faydalı olması diqqətə çatdırılıb. Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin sağlamlıq üzrə mütəxəssisi Mətanət Qaraxanova adekvat qidalanma,
bəsləyici qayğı, erkən öyrənmə imkanları, universal-progressiv model, uşaqların
təhlükəsizliyi barəsində danışıb. Digər çıxış edənlər də ana və uşaq
sağlamlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sonda hamilə
qadınlara "Sevgi boğçası" təqdim olunub. Qeyd edək ki, bu, hədiyyələr
doğuşdan sonra xanımlara və yeni doğulacaq körpələrə lazım olan ləvazimatlardan
ibarət bir boğçadır.