AzQAC Abşeron Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Abşeron Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib
  Absheron district branch of the Azerbaijan Red Crescent Society held an event to mark the International Day for the Protection of Children

1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Abşeron Rayon Bölməsi tərəfindən bayram tədbiri təşkil olunub. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülərlə İş Şöbəsinin müdiri Xalidə İsgəndərova, şöbənin əməkdaşı Mətanət Qaraxanova, AzQAC Abşeron Rayon Bölməsinin sədri Fazilə Hüseynova, bölmənin könüllüləri və Abşeron Rayon Mərkəzi Xəstəxanasının işçi heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fazilə Hüseynova iştirakçıları salamlayaraq uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt gələcək arzulayıb. Daha sonra Mətanət Qaraxanova çıxış edərək gənc analara faydalı tövsiyələr verib, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.