Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Əl-ələ verək, birgə sevinək” adlı xüsusi bayram tədbiri təşkil olunub
Əsas səhifə / XƏBƏRLƏR / Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə “Əl-ələ verək, birgə sevinək” adlı xüsusi bayram tədbiri təşkil olunub
1 iyun Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində sağlamlıq imkanları
məhdud uşaqlar üçün “Əl-ələ verək, birgə sevinək” adlı xüsusi bayram tədbiri
təşkil olunub. Tədbiri açan məktəbin
direktoru Arzu Alızadə çıxışında qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən
bəhs edib, sonda uşaqlara ən xoş
arzularını çatdırıb. Daha sonra məktəbin kollektivi tərəfindən hazırlanan
musiqi nömrələri ilə cıxış edən şagirdlərin performansları iştirakcıların
ürəyincə olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional
Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova çıxış edərək, uşaqları bu əlamətdar
gün münasibətilə təbrik edib hər zaman
onların yanında olduqlarını vurğulayıb. O, bildirib ki, hər zaman olduğu kimi
bu dəfə də Millət Vəkilimiz Səbinə Salmanovanın təşəbbüsü ilə hazırladıqları
hədiyyələrlə sizə pənah gətirmişik. Xüsusi sağlamlıq imkanları məhdud olan
uşaqlarla Millət Vəkilləri Səbinə Salmanova və Elnarə Akimova və tədbirə qoşulan
digər rəsmi qonaqlar Sumqayıt Şəhər İcra
Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin (AzQAC) İcraçı katibinin müavini Xalidə İsgəndərova, və QAC
Sumqayıt şəhər bölmə sədri Şəhriyar
Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman
Ağayev və Poeziya Evinin direktoru İbrahim İlyaslı rəqs edərək,onlara xoş
əhval-ruhiyə bəxş ediblər.Tədbirin sonunda AzQAC-ın Sumqayıt şəhər bölməsinin
könüllüləri tərəfindən məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.
Bu cür tədbirlər cəmiyyətin diqqətini uşaqların rifahına, onların sosial
müdafiəsinə yönəltmək və sağlamlıq imkanları məhdud uşaqlara dəstək məqsədi daşıyır.
Məktəb rəhbərliyinə yaratdıqları imkan üçün minnətdarlığımızı bildiririk.