1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş Masallı Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsində Yeni Doğulmuş Körpələrin Anaları üçün tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş Masallı Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsində Yeni Doğulmuş Körpələrin Anaları üçün tədbir keçirilib

2025-ci il iyunun 2-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzi və Masallı Rayon Bölməsi tərəfindən 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir həyata keçirilib.
Aksiyanın məqsədi, analara və yeni doğulmuş körpələrə mənəvi dəstək vermək, onlara diqqət və qayğı göstərmək olub. Bu məqsədlə könüllülər Masallı Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsində müalicə alan və doğuş edən analarla görüş keçirib, onlara xüsusi hədiyyə bağlamaları təqdim edib.
Tədbir zamanı analara körpə baxımı, ana sağlamlığı və sosial dəstək mövzularında maarifləndirici söhbətlər aparılıb. Hədiyyə bağlamaları gigiyenik vasitələr, körpə geyimləri və digər faydalı əşyalardan ibarət olub.