FHN-nin Sumqayıt Regional Mərkəzi və AzQAC-ın Sumqayıt şəhər regional mərkəzi ilə birgə 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbiri keçirib
Əsas səhifə / XƏBƏRLƏR / FHN-nin Sumqayıt Regional Mərkəzi və AzQAC-ın Sumqayıt şəhər regional mərkəzi ilə birgə 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbiri keçirib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sumqayıt
Regional Mərkəzi tərəfindən 1 İyun
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü”
tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli
inkişafı, fiziki və mənəvi cəhətdən sağlam olması, onlarda təhlükəsiz həyat
fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin məqsəd və
vəzifələri haqqında məlumatlandırılması olub. Həmçinin, tədbirə öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı
meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Tədbiri çıxış sözü ilə açan FHN Sumqayıt Regional
Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bu əlamətdar gün münasibətilə
uşaqları təbrik edərək bu günün tarixi əhəmiyyətindən, ölkəmizin qoşulduğu
beynəlxalq Konvensiyalar və qanunvericilik aktları barədə söz açıb. Mərkəz
rəisi bildirib ki, ölkəmizdə uşaqların ən böyük himayədarı Ulu öndər Heydər
Əliyev olmuş, dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə
olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Tədbirdə AzQAC-ın
Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova öz çıxışında
tədbirdə göstərilən fəal iştiraka görə təşəkkür edib və gələcəkdə də belə bir
tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, ölkə başçısı İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə
mühüm addımlar atıldığını, böyük işlər görüldüyünü tədbir iştirakçılarının
diqqətinə çatdırıb. Daha sonra tədbir musiqi nömrələri, ədəbi-bədii
kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. “Açıq qapı günü”ndə uşaqlara
FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulara
Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi
tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim
olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib,
uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə keçirilən kiçik oyunlar
təlim isə onlarda böyük marağa səbəb olub. Tədbir çərçivəsində, eləcə də
şagirdlər üçün viktorina təşkil edilib və qalib şagirdlərə Fəxri Fərmanlar
təqdim edilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli
çəkdirilib.