2025-ci il iyunun
1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə Rayon Bölməsi tərəfindən 1 İyun
– Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bərdə qəsəbəsində yerləşən
Laçın rayonu 2 saylı Körpələr evi–uşaq bağçasında bayram tədbiri təşkil olunub.
Tədbirin
keçirilməsində əsas məqsəd, bağçada tərbiyə alan körpələrə mənəvi dəstək
göstərmək, onların sevincinə şərik olmaq, diqqət və qayğı ilə əhatələnmələrinə
töhfə vermək olub.
Bu əlamətdar
gündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri bağçaya baş çəkərək
uşaqlarla görüşüblər, onlarla ünsiyyət qurublar, müxtəlif əyləncəli anlar
yaşadıblar. Tədbir zamanı uşaqlara xüsusi hazırlanmış bayram hədiyyə bağlamaları
təqdim olunub.