1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir Qobustanda keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir Qobustanda keçirilib
 An event dedicated to 1 June - International Children's Day, was held in Gobustan

2025-ci il iyunun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qobustan Rayon Bölməsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qobustan rayonunda "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar"  tədbiri təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd, bağçada tərbiyə alan körpələrə mənəvi dəstək göstərmək, onların sevincinə şərik olmaq, diqqət və qayğı ilə əhatələnmələrinə töhfə vermək olub.
Tədbir zamanı uşaqlara xüsusi hazırlanmış bayram hədiyyə bağlamaları təqdim olunub.