Dünyanın bütün ökələrində olduğu kimi, bu gün
Azərbaycanın da bütün bölgələrində rəngarəng tədbirlərlə qeyd olunub. Azərbaycanda
hökumət və qeyri – hökumət təşkilatları tərəfindən uşaqların müdafiə olunması və
onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. 31
may tarixində Green Start Təhsil Mərkəzində
“ Dünya Uşaqlarla güləcək “ adlı musiqili-əyləncəli tədbirə Mərkəzin rəhbərliyinin
dəvəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Azərbaycan dili
kursunun miqrant şagirdləri də qatılıb. Onları tədbirdə AzQAC-ın miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva müşayiət edib.Müxtəlif səhnəciklər, uşaq rəqsləri, uşaqlara
və vətənə həsr olunmuş mahnılar şənliyə bir özgə ahəng qatıb. Tədbirin əsas məqsədi
uşaqlara olan diqqət və qayğını təcəssüm etdirməkdir. Tədbir bir ayrı özəlliklə
də yaddaşlara yazılıb. Təhsil Mərkəzinin rəhbəri Aysel Rəsulzadə iştirakçı
uşaqları bayram münasibətilə təşəkkürnamələrlə təbrik edib. Miqrant ailələr və uşaqları Qızıl Aypara Cəmiyyətinə
təşəkkür edərək belə tədbirlərdə yenə iştirak etmək arzularını bildiriblər.