1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş tədbir Neftçalada keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş tədbir Neftçalada keçirilib
 The Neftchala district branch of the Azerbaijan Red Crescent Society held an event to mark the 1st of June – the International Day for the Protection of Children

2025-ci il iyunun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Neftçala Rayon Bölməsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səməd Vurğun adına Bankə 2 saylı orta məktəbdə bayram tədbiri təşkil olunub.
Tədbirin məqsədi uşaqlara xüsusi günlərdə sevinc bəxş etmək, onlara diqqət və qayğı göstərmək, eyni zamanda onların sosial rifahına dəstək olmaq olub. Bu münasibətlə məktəbdə təhsil alan şagirdlərə bayram hədiyyə bağlamaları təqdim olunub.