1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə AzQAC-ın Suraxanı RB və "İnnovasiya Tədris Mərkəzi"-nin birgə təşkilatçılığı ilə uşaqlar arasında “Uşaqlar bizim gələcəyimizdir! ” mövzusunda rəsm sərgisi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə AzQAC-ın Suraxanı RB və "İnnovasiya Tədris Mərkəzi"-nin birgə təşkilatçılığı ilə uşaqlar arasında “Uşaqlar bizim gələcəyimizdir! ” mövzusunda rəsm sərgisi keçirilib

Sərgidə müxtəlif yaş qruplarından uşaqlar iştirak edib və onlar  öz yaradıcılıqlarını, dünyagörüşlərini rəsmlərlə ifadə ediblər. Ən fərqlənən əsərlər münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblərə diplom və hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar, təşəkkür hədiyyələri təqdim olunub. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Suraxanı RB sədri Turan Hüseynova, İnnovasiya Tədris Mərkəzinin direktoru Reyhan Aslanova , Azərbaycan rəssamlar ittifaqının üzvü Qənirə  Əsgərova, AMK tərkibində Azərbaycan incəsənət gimnaziyasının müəllimi iştirak etmiş, uşaqlara bayram münasibətilə xoş arzularını çatdırmış və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.

Bu layihə uşaqların yaradıcılığını təşviq etməklə yanaşı, onların hüquqlarına və rifahına diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.