"PAŞA Həyat " ASC hər il olduğu kimi bu
Qurban bayramında da qeydiyyatımızda olan ahıllarımızı bayram sovqatları və
qurban payı ilə sevindiriblər. AzQAC-ın Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət
Məhərrəmova “Paşa Həyat ASC-nin əməkdaşı Aysun Şahəliyevanı salamlayıb, hər
bayramda bölmə qeydiyyatında olan ahıllara göstərdikləri onlara bölmə və ahıllar adından
minnətdarlığını bildirib. Bayram sovqatlar alan ahıllar da öz növbələrində
xeyriyyəçi təşkilat nümayəndəsinə onları bu əziz bayramda sevindirdikləri üçün
təşəkkür ediblər. Daha sonra yataq xəstələrinə evlərində ziyarət olunaraq, bayram sovqatları
verilib. Bayram qutularının paylanılmasında bölmə könüllüləri fəal iştirak ediblər.
Ümumilikdə 60 ehtiyaclı ailəyə sovqatlar paylanılıb.