Müqəddəs Qurban bayramı
münasibəti ilə xeyriyyəçimiz “Azərsun Holdinq” tərəfindən 9 adda qida
məhsulları ehtiyaclı ailələrə və ahıllara göndərilib. AzQAC-ın Sumqayıt Regional Mərkəzin
koordinatoru Mətanət Məhərrəmova Azərsun Holdinqin əməkdaşı Elvin Abbasova,bayramda
bölmə qeydiyyatında olan ahıllara göstərdikləri diqqət və qayğı üçün
təşəkkürünü bildirib. Azərsun Holdinqin əməkdaşı Elvin Abbasov da rəhbərlik
adından ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb.
Bayram sovqatları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat
nümayəndələrinə, QAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz
minnətdarlıqlarını bildiriblər. Bölməyə gəlmək imkanı olmayan ehtiyaclı
ahılların bayram sovqatları bölmə könüllüləri tərəfindən evlərində çatdırılıb. Ümumilikdə
100 ailəyə sovqatlar paylanılıb.