Müqəddəs Qurban Bayramı münasibəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərimizin müxtəlif təşkilat və cəmiyyətlərinin qeydiyyatında olan ailələri və həmçinin AzQAC-ın Sumqayıt şəhər bölməsinin ahıllarını da unutmadı.Bölmənin qeydiyyatında olan 50 ehtiyaclı ahıl ailələrə qurban əti paylanılıb. Ahıllar bu əziz bayramda diqqətdə saxlayan şəhər rəhbərliyinə və QAC-ın Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını və xoş arzularını bildiriblər. Eyni zamanda QAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova da bölmənin qeydiyyatında olan ahıllara göstərilən diqqət üçün öz adından və ehtiyaclı ahıllar adından şəhər İcra Hakimiyyətinin Rəhbərliyinə minnətdarlığını bildirib.